| İlkin ödəniş | Müddət | Aylıq ödəniş | Yekun məbləğ | |
|---|---|---|---|---|
Faizsiz və komissiyasız.
"Reload" funksiyası ilə artıq heç nəyi unutmayın.
Paltaryuyan maşınını artıq işə salmısınız, amma bir uşaq corabını, yaxud da nəzərdən qaçırdığınız bir köynəyi də maşına əlavə etmək istəyirsiniz. "Reload" funksiyası ilə artıq bunlar problem deyil! Bu funksiyanın köməyi ilə yuma prosesi davam edərkən unutduğunuz camaşırları paltaryuyan maşınına asanlıqla yerləşdirə və ya çıxarmaq istədiklərinizi də çıxara bilərsiniz*. Sadəcə "Reload" düyməsinə basın və paltaryuyan maşının qapısını açaraq istədiyiniz camaşırı əlavə edib, yuma prosesini davam etdirin. *Təhlükəsizliyin qorunması məqsədilə,suyun temperaturu 50°C-dən yüksək olduqda və ya su səviyyəsi həddən artıq çox olduqda "Reload" funksiyasından istifadə edə bilməzsiniz.
Ən yaxşı enerji sinfi: A
Enerjiyə qənaət edən məişət texnikasından istifadə etməklə siz dəyərli resursları qorumuş olursunuz. Məhz bu səbəbdən məişət texnikası alarkən onun aşağı enerji və su sərfiyyatı göstəricilərini nəzərə almalısınız. Enerji etiketi müvafiq cihazın səmərəlilik sinfini, səs səviyyəsini, tutumunu, enerji və su sərfiyyatını dəqiq göstərir. Yeni enerji etiketlərindəki ən əhəmiyyətli dəyişiklik, məsələn, A+++ kimi enerji səmərəliliyi üzrə “plyus” siniflərinin ləğv edilməsidir. Paltaryuyan maşınlar üçün yeni səmərəlilik sinfi A-dan G-yə qədər olacaq. Yüksək səmərəli enerjiyə qənaət sistemimiz sayəsində Bosch paltaryuyan maşınlarımız nəticələrin keyfiyyətini azaltmadan hər yuyulmada ən yüksək enerji sinfi olan A dərəcəsinə nail olur.
Asan Başlatma Təlimatı
Paltarlarınız üçün doğru proqramı seçmək nəinki çaşdırıcı ola bilər, həm də çox vaxt qeyri-qənaətbəxş təmizlik nəticələrinə gətirib çıxara bilər. Easy Start Guide (Asan Başlanğıc Bələdçisi) funksiyalı Home Connect sizi bu zəhmətdən xilas edir və hər zaman sizə doğru proqramı tövsiyə edir – həm də birbaşa mobil cihazınızdan. Hər dəfə. Hər yuyulmada. Bunun üçün Home Connect tətbiqində sadəcə paltarlarınızın rəngini, material növünü və çirklilik dərəcəsini daxil etməyiniz kifayətdir. Beləliklə, siz hər yuyulmadan sonra asanlıqla doğru proqramı seçə və mükəmməl nəticələr əldə edə bilərsiniz.
Push Bildirişləri
Paltarların yuyulmasını gözləyərkən vaxt itirməyə və stress keçirməyə son! Home Connect ilə daxiliniz rahat, vaxtınız isə daha məhsuldar olacaq. Paltaryuyan maşınınızdan mobil cihazınıza göndərilən Push Bildirişlər proqramın statusu və digər vacib məlumatlar haqqında sizi anında xəbərdar edir. Evdə və ya çöldə bir neçə işi eyni anda görmək heç vaxt bu qədər asan olmamışdı!
Camaşırlarınızın qeydinə onlardan uzaqda ikən də qalın.
Sizcə də bir yerə tələsdiyiniz zaman camaşırların yuyulub bitməsini gözləmək darıxdırıcı deyilmi? Artıq gözləməyə son verin! "Home Connect" tətbiqinə malik Bosch paltaryuyan maşınları camaşırlarınıza tam nəzarət imkanı verir. Paltaryuyan maşınınızı uzaqdan rahat idarə etmək və yoxlamaq üçün sadəcə mobil cihazınızdan istifadə edin. Evdə olmasanız belə, işlək vəziyyətdəki paltaryuyan maşınının sisteminə daxil olun və onu istədiyiniz şəkildə idarə edin.
Ağıllı məişət əşyaları həyatı daha da asanlaşdırır.
Gələcək artıq gəlib və qapınızı döyür. "Home Connect" məişət avadanlıqlarınıza ağıllı texnologiya gətirir və sizə onları telefon və ya planşetinizdən idarəetmə imkanı verir.
Zəmanətli səssiz və uzunömürlü mühərrik.
Paltaryuyan maşınınızın axşam yeməyinizə müdaxilə etməsinə icazə verməyin. "Bosch"un "EcoSilence Drive" mühərriki o qədər səssizdir ki, bəzən paltaryuyan maşınını işə saldığınızı unuda bilərsiniz. Enerjiyə qənaət edən fırçasız mühərrik səssiz işləyir, xüsusilə uzunmüddətli istifadə üçün nəzərdə tutulub və hissələrinə 10 illik zəmanət verilir.
Ümumi mikrobların 99,99%-ni öldürür.*
Mikroblara qarşı amansız, həssas dəriyə qarşı isə qayğıkeş olan "AllergyPlus" proqramı optimal gigiyenik yuyulmanı təmin edir. Bu proqramda yuyulma prosesi zamanı temperatur sabit saxlanıldığına görə yuyulan parçalar xüsusilə gigiyenik baxımdan təmiz olur. Nəticədə, mikroblar və toz zərrəcikləri kimi ümumi allergiya yaradıcı vasitələr effektiv şəkildə məhv edilir. Camaşırlarınızdan yuyucu vasitə qalıntılarını yaxşıca təmizləmək üçün intensiv durulama tətbiq olunur. Əlavə gigyenik yuyulma ilə əldə olunan nəticə mükəmməldir.* Honisch və digər tədqiqatçıların 2014-cü ildə dərc olunmuş "Yuyulma dövrünün vaxtı, temperatur və yuyucu vasitənin tərkibinin məişətdə camaşırların yuyulmasının gigiyenik effektivliyinə təsiri" adlı elmi məqaləsinə əsasən "AllergyPlus" proqramında Bosch paltaryuyan maşınları 40° və 60° temperaturda "Enterococcus Hirae və Pseudomonas Aeruginosa" mikroblarının 99,99%-nin azaldılmasında elmi baxımdan tövsiyə edilən şərtləri qarşılayır. Tədqiqat "Rhine-Waal" Universiteti tərəfindən aparılıb.
Vaxtın yarısından azında mükəmməl nəticələr.
Əgər vaxtınız dəyərlidirsə, "SpeedPerfect" funksiyasına malik paltaryuyan maşınlar, yuma nəticəsinə təsir göstərmədən, yuma vaxtını 65%-ə* qədər azalda bilər. "SpeedPerfect" bir çox proqramlarla istifadə oluna, eləcə də istənilən çəkiyə malik camaşırlara və istənilən növdə materiallara tətbiq oluna bilər. Məsələn, "SpeedPerfect" ilə birlikdə Mix Proqramını da seçə və cəmi 46 dəqiqə ərzində 4 kiloqrama qədər qarışıq camaşırı lazımi şəkildə yuya bilərsiniz.
Ən zərif əşyalarınızı güclü, lakin zərif yuma funksiyasına əmanət edin.
Sevdiyiniz bir paltarı uzun müddət geyinmək istəməzdinizmi? Unikal, patentli "Vario Drum" sistemi bütün növ paltarları zərif və səmərəli şəkildə yuyur. Bu sistem, paltarların uzanmasının və qırışmasının qarşısını almaq üçün suyu bərabər paylayır. Onun damla tipli dizaynı və asimmetrik avarları camaşırları ehtiyatla mərkəzə doğru çevirir. Bunun sayəsində çox çirklənmiş paltarlara heç bir zərər verilmədən intensiv təmizlik tətbiq olunur. O, maşında olan bütün camaşırların tez və hərtərəfli təmizlənməsini təmin edir. "Vario Drum" sevdiyiniz paltarlarınıza layiq olduqları zərifliklə davranır və mükəmməl təmizlik bəxş edir.
|
Brend
|
Bosch |
|
İstesalçıdan model kodu
|
WGK244Z0ME | Serie 6 |
|
Quraşdırılma
|
ayrıca dayanan |
|
Yüklnəmə tipi
|
öndən |
|
İstehsal ölkəsi
|
Türkiyə |
|
Maksimal yüklənmə, kq
|
9 |
|
Qurutma
|
yox |
|
İdarəetmə
|
elektron |
|
Displey
|
var |
|
Mühərrik növü
|
inverter |
|
Barabanın ölçüsü , l
|
məlumat yoxdur |
|
Buxar funksiyası
|
var |
|
Enerji sərfiyyatı dərəcəsi
|
A+++ |
|
Gərginlik, V
|
220-240 |
|
Effektiv yuma dərəcəsi
|
A |
|
İstifadə olunan güc, Vt
|
2300 |
|
Sıxılma dərəcəsi
|
A |
|
Su sərfiyyatı, l
|
məlumat yoxdur |
|
Diqqət yetirin
|
"Reload" funksiyası: paltaryuyan maşını artıq işləyir, amma unutduğunuz camaşırlar var? Bunun həlli artıq çox asandır! |
|
Yaxşı qərar
|
Asan Başlatma Təlimatı: Tez Başlatma Təlimatı ilə ən yaxşı yuma proqramını asanlıqla seçin. |
|
İstifadəçilər qiymətləndirəcəklər
|
9 kq-lıq həcmi sizə vaxta və enerjiyə qənaət edərək, bir yumada daha çox camaşır yerləşdirmək və daha mükəmməl nəticələr əldə etmək imkanı yaradır. |
|
Yaxşı düşünülüb
|
Home Connect: daha asan gündəlik həyat üçün ağıllı bağlantıya malik məişət texnikası |
|
Əhəmiyyətli xüsusiyyət
|
inverter mühərrikli sakit motor |
|
Fırlanma sürəti, dövr/dəq.
|
1400 |
|
Səs səviyyəsi, dB (yuma/ sıxma)
|
51 / 72 |
|
Sıxma sürətinin seçimi
|
var |
|
Sıxmanın ləğv edilməsi
|
var |
|
Dövr ərzində enerji sərfiatı
|
məlumat yoxdur |
|
Qızmadan qorunma
|
var |
|
Yüklənmə bildirişi
|
var |
|
Su sızmasından müdafiə
|
var |
|
Disbalansın kontrol edilməsi
|
var |
|
Köpük səviyyəsinin kontrol edilməsi
|
var |
|
Proqramların sayı
|
14 |
|
Xüsusi proqramlar
|
zərif paltarlar proqramı, "ağ və rəngli paltarlar" proqramı, "Easy-care" proqramı, "yun paltarların əldə yuma" proqramı |
|
Bakın materialı
|
standart |
|
AddWash
|
var |
|
Eco Bubble
|
var |
|
Yuyulmanın bitmə müddətinin təyin edilməsi
|
var |
|
Əlavə məlumatlar
|
istənilən vaxt paltar əlavə edin |
|
Proqramın başa çatması siqnalı
|
var , akustik |
|
Yuyаma temperaturunun seçimi
|
var |
|
Göstəriş
|
proqramın gedişatı, fırlanma sürəti, temperatur, yuma bitənə qədər vaxt, seçilmiş proqram üçün maksimum yük, su və enerji səmərəliliyi |
|
Proqramın sonuna qədər vaxtın göstərilməsi
|
var |
|
Proqram vaxtının göstərilməsi
|
var |
|
Rəng
|
ağ |
|
Ölçülər (H x E x D), sm
|
84.5 x 59.8 x 59 |
|
Çəki, kq
|
71.5 |
xəbərdarlıq edilmədən istehsalçı tərəfindən dəyişdirilə bilər.












